Fiziologiya

Fiziologiya
Elm sahəsi → öyrənir
Yarımbölmə → öyrənir

Fiziologiya (yunan dili φύσις — təbiət və λόγος — bilik sözlərinin birləşməsindən əmələ gəlmişdir) — müxtəlif səviyyəli bioloji sistemlərin fəaliyyəti və tənzimlənməsi, həyati proseslərin normadakı sərhədlərini (bax: normal fiziologiya) və onlardan kənaraçıxmaları (bax: patofiziologiya) öyrənən elm. Fiziologiya canlı orqanizm və onun həyat fəaliyyəti haqqında olan elmdir. Fiziologiya canlı orqanizmin fəaliyyətlərinin icra mexanizmini açmaqla, onlar arasındakı əlaqəni, təkamülünü və fərdi inkişaf proseslərini öyrənir. Fiziologiyanın öyrənmə obyekti canlı orqanizmdir. Bioloji elmlərə aid olub, bütöv orqanizmin və onu təşkil edən orqan, toxumahüceyrələrin struktur elementlərinin həyat fəaliyyətinin, bu fəaliyyətin səbəb və mexanizmlərini müəyyən etməklə orqanizm ilə xarici mühit arasındakı əlaqəni öyrənir. Fiziologiyanın iki sərbəst elm sahəsindən ibarətdir:[1]

  1. Bitki fiziologiyası
  2. İnsan və heyvan fiziologiyası
  1. Косицкий Г.И.Физиология человека.-Москва,1985

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search